“Moskva Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına hər cür kömək etməyə hazırdır”.
“İki sahil” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar zamanı deyib.
“Biz bugünkü görüşdən regionumuzun ən mühüm məsələlərindən birinin – mən Cənubi Qafqazda uzunmüddətli sabitləşməni nəzərdə tuturam – həlli üçün istifadə etmək istəyirik. Əminik ki, buna ən qısa yol Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsidir. Bir sıra əlavə sənədlər liderlərimiz tərəfindən nəzərdən keçirilmək üçün hazırlanır”, - o vurğulayıb.
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir