Azərbaycan və Misir Hökumətlərarası Müştərək Komissiyasının 2024-cü ildə keçiriləcək növbəti iclasında ölkələr arasında ticarət və investisiya imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunacaq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə keçirilən tədbirdə bildirilib.
Onun sözlərinə görə, gündəliyə kənd təsərrüfatı, təhsil, mədəniyyət, enerji və səhiyyə sahələrində əməkdaşlıq məsələləri də daxil ediləcək: "Biz ölkələrimiz arasında İKT və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsini də müzakirə edəcəyik".
"Ötən il iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə Azərbaycan-Misir biznes forumu təşkil olunub. Bu cür təşəbbüslər ölkələrimiz arasında iqtisadi əməkdaşlığı gücləndirir. Bu il iki ölkə arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 10 faiz artıb", - nazir deyib.
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir