Ermənistanın Qarabağa humanitar yardım karvanı göndərməsi şousunda Qərb ölkələrinin səfirlərinin, Avropa İttifaqının rəsmi şəxslərinin canfəşanlığı diqqət çəkir.
“İki sahil” xəbər verir ki, 19 yük maşınının yer aldığı karvanı müşayiət edən Qərb nümayəndələri Ermənistan rəsmiləri ilə birgə hərəkət ediblər.
Həmçinin onlar Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan deyil, israrla “Laçın” dövlət sərhədi buraxılış məntəqəsi vasitəsilə hərəkət etmək istəyiblər.
“Əgər məqsəd Qarabağdakı erməni əhaliyə yardım etməkdirsə, bunun hansı yolla edilməsinin nə fərqi var?”, - deyə sual yaranır.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşlərini keçirib - FOTO
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib