31 iyul 2023 02:02
3209

Meşəli kənd sakinlərinin sevinci: “Digər cəlladların da tutulacağına inanırıq” - VİDEO

“İnanırıq ki, ordumuzun sayəsində qalan cəlladlar da tutulacaq”.

Bunu Meşəli kənd icra nümayəndəsi İlham Kazımov bildirib.

O, faciəli günləri yada salaraq, Baku TV əməkdaşları ilə bölüşüb.

“Vaqif Xaçaturyan 1000 nəfərlik dəstəsi ilə Meşəli kəndinə hücum etmişdi. Səhər 7-dən 3-ə kimi kəndi yerlə-yeksan etdilər. 25 nəfər şəhidimiz oldu. Onlardan 20 nəfər kənd sakini, 5 nəfər isə qonaq idi. Uşaqdan yaşlıya qədər heç kəsə qıymadılar”.

Daha ətraflı BakuTV-nin süjetində:

Oxu.Az