Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov vəzifəsindən azad edilib.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Nazirlik rəsmisi bildirib ki, direktor martın 2-də mərkəzdə baş verən yanğınla əlaqədar işdən xaric olunub.
S.Əhmədovanın sözlərinə görə, Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası Aytən Səmədovaya həvalə edilib.
Qeyd edək ki, martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub.