18 dekabr 2018 17:22
2329

Xeyli sayda pirotexniki vasitə götürülüb

Polis əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətini pozan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 17-də keçirdikləri reydlər zamanı “Sədərək” ticarət mərkəzindəki mağazalardan yüksək səsyayıcı xüsusiyyətə malik müxtəlif çeşiddə 4600 partlayıcı pirotexniki vasitə aşkarlanaraq götürülüb.