Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə SOCAR-ın neft-qaz və neft-kimya sənayesində çalışan peşəkar mütəxəssislərinin ekspert qismində akkreditasiya prosesinə cəlb olunması, bilik və təcrübə mübadiləsi, texniki ekspertlərin hazırlanması, uyğunluğun qiymətləndirilməsi sahəsində birgə təlimlərin təşkili kimi müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.
Sonda SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib