Teleaparıcı Vüsalə Əlizadə uzun illər çalışdığı ATV telekanalı ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, aparıcı bununla bağlı sosial media hesabında məlumat verib.

“Bu gün 20 illik əməyim olan, ata ocağı qədər doğma, əziz ATV telekanalından öz istəyimlə, xahiş edirəm məni tutduğum vəzifədən azad edəsəniz müraciəti ilə ayrıldım. 2 aydır, bilib-bilmədən danışanlar, yazanlar, yozanlar, bilin ki, münasibətlər, hörmətli qərarlar sayğı duyularaq gözəldir və biz də belə ayrıldıq, çünki mən qərarlarımı verərkən nə şişi bada verirəm, nə də kababı. Hər şey ölçüdə gözəldir. İşimi, sənətimi, səhnəmi, məni sevib gözləyən, bu iki ay ərzində axtaran tamaşaçımı çox sevirəm. Yeni mövsümdə bütün həmkarlarıma və özümə bol şans arzu edirəm. Tezliklə görüşərik”, -deyə aparıcı bildirib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?