12 avqust 2023 03:18
665

Bəzək əşyaları, yoxsa?..

Zərgərlik məmulatlarına hər bir qadın sevir və onların hər biri məhz belə hədiyyəyə üstünlük verir. Bəs görəsən biz qadınların üstünlük verdikləri bu bəzək əşyaları haqqında nələri bilirik?

İlk bəzək əşyası harada  yaranıb?

Çox maraqlıdır ki, ilk bəzək əşyaları Homo Sapiensin əcdadı Kro-maqnonlar tərəfindən istifadə edilmişdi. Bu qədim insanlar əsasən bəzək əşyalarını sümükdən, dişdən və daşdan hazırlayaraq  heyvan vətəri ilə  birləşdirirdilər. Bu günə gədər tapılmış ən qədim zərgərlik məmulatının isə  100 min yaşı var. O, Nassarius qabıqlarından hazırlanmışdı.

Dişlərə qiymətli daşların qoyulması  isə bizə qədim hindu tayfalarından gəlib çatıb. Mayya qəbiləsindən olan hindular dişləri oyaraq, ora tapdıqları daş-qaşları yerləşdiriblər.

Ukrayna valyutasının mənası nədir?

Ukrayna valyutası “qrivna” adı qədim qadın bəzək əşyasından götürülüb. O adını zamanlar  qrivna nal və yaxud çənbər formasında qızıl və ya gümüşdən hazırlanmış boyunbağı olub.

Bəzək əşyalarının müalicəvi gücü

Psixoloqlarının fikrincə  bəzək əşyalarının müalicəvi əhəmiyyəti var. Deyilənlərə görə, yeni aksessuarların alınması əhval-ruhiyyəni yüksəldir və ən əsası sahibini  stresdən azad edir.  Ən əsası zinət əşyalarını taxan  insan məişət özünün problemlərini unudur. Aparılan araşdırmalar subut edib ki, yeni alınan bəzək əşyaları  əsəb sistemi üçün 8 saatlıq yuxudan daha üstündür.

Qözdə pirsinq?

Heç bilirdinizmi ki, gözə pirsinq taxmaq  dəbi ilk dəfə 2002-ci ildə Niderlandda yaranıb?  Bu ölkədə xüsusi əməliyyat nəticəsində göz almacığına ürək, ulduz və ya digər formada qiymətli metaldan pirsinq yerləşdirilir. Bu tip pirsinqin qiyməti təxmniən  750 -800 avrodur.

Bəzək əşyalarının mənfi təsiri

Müxtəlif metallardan olan bəzək əşyaları dəridə allergik reaksiyalar yarada bilər. Hər hansı bir zinət əşyasını taxandan sonra mütləq dəriyə nəzər yetirmək lazımdır. Əgər dəridə heç bir reaksiya olmadısa, bu, normaldır. Yox, əgər qaşınma, qızarma və yüngül quruma varsa, deməli, istifadəçi narahat olmalıdır. Bu, allergiyanın ilkin əlamətidir. Demək, bədəndə taxılan bijuteriyaya qıcıq var. Əgər həmin insan bu qıcığa fikir vermirsə, istifadəni davam edirsə ekzema xəstəliyinə çevrilir. Həmin insan müalicə almalı olur, amma qış fəslinə keçəndə yenidən xəstəlik baş qaldırır. Lakin elə metallar var ki, insan orqanizminin onlara qarşı həssaslığı azdır. Məhz buna görə də bu metallardan hazırlanmış bəzək məmulatları çox nadir hallarda reaksiya verir. Məsələn, əvvəllər qızıldan (bəzən gümüşdən də) dişlər qoyurdular. Adətən  insan orqanizmi həmin maddələrə  qarşı allergik reaksiya vermir.

Bədənimizdə olan qaralmanın səbəbi nədir?

Bir çoxlarımız zinət əşyalarımızı taxandan sonra dərimizdə qaralma görürük.  Alimlər  sübut edib ki, bu, oksidləşmənin güclənməsinin nəticəsidir. Yəni, dəri məmulatın hazırlandığı maddələrə görə qarala bilər. Məsələn, hazırlanan məmulatın tərkibində mis ola bilər ki, onun da oksidləşmə xüsusiyyəti var.  Bu, qızıldan hazırlanmış məmulatlara da aiddir. Çünki heç bir qızıl bəzək əşyasının tərkibi yüz faiz qızıl olmur.  Çünki onlarada mütləq  mis, nikel qatılır.  İstifadə olunan kosmetik vasitələrlə taxılan zinət əşyasının bir-birinə reaksiyası da dəriyə təsir edə bilər. Belə olduğu halda, mütləq kosmetik vasitənin tərkibini oxumaq lazımdır. Bundan başqa, gündəlik qida rasionumuzun da önəmi çoxdur. Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, sən demə  ət yeməyi sevən insanlar tərləyəndə bədənlərindən azot ayrılır.  Bu da  öz nəticəsində bəzək əşyasının tərkibində olan mis və nikellə reaksiyaya girib dəridə qaralma verə bilər.

Dünyanın ən bahalı üzüyü

"Ring Wittelsbach-Graff" brilyant üzüyü tarixin ən bahalı üzüyüdür. Almaz 17-ci əsrin sonunda Hindistanda, Kunlur Mine adlı yerdə aşkar edilmişdi. Bu üzüyün əsas hissəsi mükəmməl şəffaf tünd göy daşdan ibarətdi. Həmin daşın ağırlığı isə  31.06 karatdır. Nadir brilyantın ilk sahibi Kral IV Filipp idi və dəyərli üzük məhz  Bavariya və Avstriya monarxiyalarına məxsus idi. Hal-hazırda bu əsrarəngiz   brilyant üzük Milli Tarix  muzeyində  sərgilənir. Qeyd edək ki, həmin üzüyün qiyməti 80 milyon dollardır.

Çəhrayi brilyantla bəzədilmiş çiyələk

Yeni Orleandakı “Arnauds” restoranının menyusunda çəhrayi brilyantla bəzədilmiş çiyələk mövcuddur.  Təbii ki, hər kəsin cibinə uyğun olmayan  bu nemət zərif kremlə birlikdə, təzə nanə yarpaqları və beş karatlıq çəhrayı brilyantla bəzədilmiş şəkildə verilir. Həmin şirniyyatın qiyməti isə 1,4 milyon dollardır.

Samirə Tağıyeva, “İki sahil”