Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
“İki sahil” ANAMA-dan verilən məlumata istinadən xəbər verir ki, avqustun 7-dən avqustun 12-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 185, tank əleyhinə 65 mina və 35 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
392,12 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib