Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin siyasi partiyaya üzv qəbul edilməsinə görə cərimələr müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin siyasi partiyaya üzv qəbul edilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu
XİN: Azərbaycan terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəydir
MMN Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib