Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə bu gün təsdiqlənən “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə ediləcək.
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu
XİN: Azərbaycan terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəydir
MMN Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib