“Ağdam-Əsgəran-Xankəndi yolu bütün lazımi yüklərin daşınması üçün açıqdır”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
"Ağdam-Əsgəran-Xankəndi yolu hazırdır, fəaliyyət göstərir və bütün lazımi yüklərin daşınması üçün açıqdır. Ağdamla Xankəndi arasında cəmi 23 km məsafə var. Diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə birlikdə yoldayıq və Əsgərana tərəf baxırıq. Azərbaycan divarlar yox, yollar çəkir!”,- o qeyd edib.
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu
XİN: Azərbaycan terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəydir
MMN Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib