“Regionda sabitlik və təhlükəsizlikdə bilavəsitə maraqlı olan ölkə kimi, həmçinin təşəbbüslərdə aktiv iştirak edən Türkiyə Ermənistanın BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq meydandan Laçın yolu mövzusu daxil olmaqla siyasi motivli ittihamları bəyan etmək üçün istifadə cəhdlərindən narahatdır”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sədat Önal qurumun Təhlükəsizlik Şurasının iclasında deyib.
“Problemi kontekstə uyğun həll etməliyik. İlk növbədə, Azərbaycanın qanuni maraqlarını nəzərə almaq lazımdır. Həmçinin Azərbaycanın suverenlik hüququna hörmət etmək lazımdır. Azərbaycan artıq Laçın dəhlizi, Laçın yolunun sui-istifadəsindən, o cümlədən qanunsuz silahlı birləşmələrin, silah-sursatın, piyadaəleyhinə minaların daşınmasından narahatlığını bildirib. Lakin Azərbaycanın bu narahatlıqlar nəzərə alınmayıb”, - o diqqətə çatdırıb.
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu
XİN: Azərbaycan terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəydir
MMN Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib