Polkovnik Babək Mürsəl oğlu Ələkbərova “general-mayor” ali hərbi rütbəsi verilİb.
“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Babək Mürsəl oğlu Ələkbərov 1987-ci il dekabrın 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Həmin qəsəbədə orta məktəbi bitirib. 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə ləğv edilmiş MTN-in Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub və Sərhəd Qoşunlarının Çevik Hərəkat Qüvvələrində xidmətə başlayıb.
O, 44 günlük Vətən müharibəsində Arazboyu əməliyyatlarında böyük şücaət göstərib.
B.Ələkbərov Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi tərəfindən bir çox orden və medallarla təltif edilib.
Eyni zamanda Ali Baş Komandan tərəfindən ona Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Bu yaxınlarda B.Ələkbərov DSX-nin Çevik Hərəkət Dəstəsinin (ÇHD) komandiri vəzifəsinə təyin edilib.
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu
XİN: Azərbaycan terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəydir
MMN Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib