Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə qaz sayğacın plombunun zədələnməsi, qırılması ilə bağlı 2 118 məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, bunu bu gün İstehsalat Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bu gün qurumda keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
X.Şimşək vurğulayıb ki, təkcə iyul ayında bununla bağlı 293 müraciət daxil olub.
O qeyd edib ki, burada heç bir problem yoxdur: “Əməkdaşlar sayğaca baxış keçirirlər. Əgər sayğaca heç bir müdaxilə halı yoxdursa, əməkdaşlarımız plombu dəyişdirirlər. Yox, əgər hər hansı hal aşkar edilirsə, həmin sayğac da müayinə üçün laboratoriyaya göndərilir”.
X.Şimşək bildirib ki, ümumilikdə isə bu ilin yanvar-iyul aylarında Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinə 554 162 müraciət daxil olub: “Təkcə iyul ayında isə Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinə 53 647 müraciət daxil olub”.
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib