“Fransa anti-Azərbaycan siyasətini dayandırmalı və ədalətin tərəfini tutmalıdır - Azərbaycanın təhlükəsizlik məqsədilə öz sərhədlərinə nəzarət etmək hüququnu dəstəkləməlidir”.
“İki sahil” xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə analitik Xalid Taymur Əkrəm Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığından sonra Fransa XİN-in verdiyi bəyanata münasibət bildirərkən deyib.
"Laçın sərhəd-buraxılış məntəqəsinin quraşdırılması tamamilə qanuni və zəruridir. Azərbaycan hər bir suveren dövlət kimi, öz sərhədlərindən keçən hər kəsə, eləcə də onların daşıdığı hər şeyə nəzarət etməlidir", - o bildirib.
Onun sözlərinə görə, Fransa Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində formalaşdırdığı “humanitar böhran” haqqında təbliğatına uyub. Eyni zamanda, Qarabağın erməni sakinlərinin özlərinin yazdıqlarına əsasən, Xankəndidə elektrik enerjisi və ərzaq qıtlığı müşahidə olunmur: “Fransa azərbaycanlıların Ermənistandan və Qarabağdan kütləvi surətdə çıxarılmasına, ermənilərin azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərə heç vaxt əhəmiyyət verməyib. İndi onun “fəal iştirakı” “humanizm siyasətinin” birtərəfliliyini nümayiş etdirir – bəziləri buna layiqdir, bəziləri isə yox".
ATƏT-in keçmiş Minsk qrupunun üzvü olan Fransanın bu cür ermənipərəst mövqeyi Azərbaycanın dediklərini bir daha təsdiqləyir - onlar iki ölkə arasında sülhə nail olmaq üçün heç nə etməyiblər. /REPORT/
Bakı Türk dünyasının gələcək əməkdaşlıq modelinin formalaşdığı mühüm siyasi mərkəzdir - EKSPERT
Türk Dövlətləri Təşkilatı müasir geosiyasətdə: Azərbaycanın liderliyi və Türk dünyasının artan qlobal rolu
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB/FOTO
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB/FOTO