“Qafan hava limanının açılması Azərbaycanla sülh danışıqları prosesini çətinləşdirən növbəti erməni təxribatıdır. Sərhəddən belə yaxın məsafədə havaya qalxan Ermənistan təyyarələrinin Azərbaycanın hava məkanını pozması qaçılmazdır”.
“İki sahil” xəbər verir ki, bunu açıqlamasında britaniyalı politoloq və jurnalist Nil Vatson deyib.
Politoloqun fikrincə, Ermənistan bu hava limanını işə salmaq imkanını nəzərdən keçirməzdən əvvəl Azərbaycanla məsləhətləşməli idi.
"Eurocontrol" bu məsələdə vasitəçi ola bilər, çünki onlar Azərbaycanın milli aviadaşıyıcısından (AZAL) Ermənistanın hava məkanı üzərindən Naxçıvana uçuşlar üçün ödəniş tələb edirlər. Bundan əlavə, Ermənistan təyyarələrinin hərbi məqsədlər üçün istifadə oluna biləcəyi ilə bağlı ciddi narahatlıqlar var. Bu isə işğaldan azad edilmiş Zəngilan ərazisi üçün birbaşa təhlükədir. Müvafiq tədbirləri görən Azərbaycan qonşu ölkənin hava məkanını pozmamaq üçün Ermənistanla sərhəddən xeyli aralıda Zəngilan aeroportunu tikib”, - N.Vatson bildirib.
Ekspert hesab edir ki, Qafan hava limanının açılması ilə bağlı qərar Ermənistanı dəstəkləyən ölkələrin iştirakı ilə verilib: "Ermənistan heç vaxt təkbaşına hərəkət etmir. Görünür, Rusiya və İran bu təxribatı bəyəniblər və hava limanının tikintisini yəqin ki, beynəlxalq erməni diasporu maliyyələşdirib. Nikol Paşinyan yaxşı bilir ki, sülh sazişi imzalanmalıdır. Lakin hava limanının tikintisinə icazə öz ölkələrindəki qruplaşmaları və nüfuzlu beynəlxalq erməni diasporunu sakitləşdirmək üçün alınıb. Bu addım Paşinyanın lider kimi səmərəsiz fəaliyyətinin növbəti təsdiqidir”.
Bakı Türk dünyasının gələcək əməkdaşlıq modelinin formalaşdığı mühüm siyasi mərkəzdir - EKSPERT
Türk Dövlətləri Təşkilatı müasir geosiyasətdə: Azərbaycanın liderliyi və Türk dünyasının artan qlobal rolu
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB/FOTO
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB/FOTO