Ötən gün Xankəndidə qanunsuz rejimin “rəhbər”i Arayik Harutyunyanın “Təhlükəsizlik Şurası”nın iclasını çağırdığı barədə məlumat yayılıb.
“İki sahil” xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti sözügedən “iclas”ın təfərrüatlarını açıqlayıb.
Məlumata görə, Harutyunyan “iclas” zamanı Ağdam-Xankəndi yolu ilə ticarətin aparılmasına dair qərar qəbul edildiyini bəyan edib.
Qəzet yazır ki, qondarma rejimin “rəhbər”i sözügedən məsələni müzakirə obyekti kimi deyil, fakt və reallıq olaraq təqdim edib: “O, sözügedən yol vasitəsilə ticarətin qismən olacağını, həmin yolla tikinti materialları, dizel yanacağı, dərman daşınacağını bildirib. Onun sözlərinə görə, ərzaq məhsulları isə rusiyalı sülhməramlılar vasitəsilə Laçın yolu ilə gətiriləcək. Lakin bu, o demək deyil ki, Laçın yolu tam olaraq işlək olacaq, Qarabağ sakinlərinin hərəkəti məhdudlaşdırılacaq”.
“Hraparak”ın məlumatına görə, Harutyunyan növbəti mərhələdə Azərbaycandan gələcək qaz və elektrik enerjisi məsələsinin də müzakirə edilməsinin planlaşdırıldığını deyib.
Eyni zamanda, “iclas”da “Təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan da iştirak edib.
Türk Dövlətləri Təşkilatı müasir geosiyasətdə: Azərbaycanın liderliyi və Türk dünyasının artan qlobal rolu
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB/FOTO
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB/FOTO
Prezident: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın