“Laçın yolu açıqdır. Ancaq Azərbaycan hökuməti yüklərin Ermənistandan Laçın yolu ilə deyil, Ağdam şəhərindən çatdırılmasını istəyir”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə müsahibəsində bildirib.
O, Ağdamın tarixən Qarabağı Azərbaycanın digər əraziləri ilə birləşdirdiyini qeyd edib, həmçinin bu yolun daha az xərc tələb etdiyini və daha rahat olduğunu bildirib.
“Ermənilər niyə Ağdam yolundan istifadə etməkdən imtina edirlər? Çünki onlar reinteqrasiyaya deyil, separatizmə can atırlar, irredentizm axtarırlar və Azərbaycan ərazilərində öz qeyri-qanuni marionet rejimlərini saxlamaq istəyirlər”, - deyə H.Hacıyev vurğulayıb.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB/FOTO
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB/FOTO
Prezident: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın