"Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayır, bundan sonra da lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk".
“İki sahil” xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubunda yer alıb.
"Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - məktubda qeyd edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib.
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB/FOTO
20 Sentyabr Azərbaycanın müasir tarixində dövlətçilik, ərazi bütövlüyü və suverenlik anlayışlarının vəhdətini ifadə edir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib