Avrasiya Hökumətlərarası Şurasının iclası 26-27 oktyabrda Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə məlumat Qırğızıstan hökumətinin saytında yerləşdirilib.
Məlumatda deyilir ki, 24 avqustda Ermənistanda Avrasiya Hökumətlərarası Şurasının növbədənkənar iclası keçirilib və iclasdan sonra hökumət başçıları Şuraya “Peterburq Bəyannaməsi” layihəsini hazırlamağı tapşırıblar.
Xatırladaq ki, Avrasiya Hökumətlərarası Şurasının əvvəlki iclası 7-9 iyun tarixlərində Soçidə keçirilib.
20 Sentyabr Azərbaycanın müasir tarixində dövlətçilik, ərazi bütövlüyü və suverenlik anlayışlarının vəhdətini ifadə edir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir
Prezident İlham Əliyev: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu