25 avqust 2023 12:01
448

“Blokada”nın iki başı: Araik və Əli Kərimli “qurban” kimi

Ermənistan və Qarabağdakı separatçılar bir müddətdir ki, “blokada” şousu ilə hay-həşir salmaqdadırlar. “Blokada” əslində bir tezisdir və bu tezis erməni lobbisi tərəfindən ortaya atılıb. Azərbaycana qarşı istifadə olunan bu tezis heç də təzə tezis deyil. “Blokada” tezisindən erməni lobbisi Azərbaycana qarşı hələ 3 il bundan öncə - pandemiya və karantin dövründə də istifadə etmişdi. O zaman isə özünü müxalifət adlandıran anti-milli düşərgə üzvləri - baş rolda Əli Kərimli olmaqla “cəbhəsi” blokadan əziyyətçəkənlər kimi  hay-həşir salırdılar. Həmin “blokada”nın da dünya üçün inkasının yaradılmasına çalışmışdılar. Erməni lobbisinin ştatlı və ştatdankənar Torhildur Sunna Evarsdottir, Riçard Kozlariç və Stefan Şennak kimi simaları bu tezis əsasında AŞPA sessiyalarında və öz açıqlamalarında “Əli Kərimli blokadada məhv olur” ağlaşması qurmuşdular.

Zamanla hər məsələ aydınlaşır. Sonra da Əli Kərimli deyir ki, o xalqı, ölkəni düşünür. Nəinki Əli Kərimli, düşrgəsində olan Cəmil Həsənlisi, Gültəkin Hacıbəylisi, sosial şəbəkələrdə tozanaq qaldıran trollarının heç biri Ermənistan və Qarabağdakı separatçıların “blokada” şousu ilə bağlı bir kəlmə danışmırlar. Danışa da bilməzlər! Çünki onlar özləri bu tezisin iştirakçıları olublar və tezis gələn yerin siyasi alətləridirlər. Əgər belə deyilsə, bunlar Sunna xalalarından, Şennak dayılarından, Kozlarıç babalarından xahiş etsinlər ki, Ermənistan və separatçıların “blokada”sının şou və yalan olmasından danışsınlar. Heç zaman ola bilməz! Çünki adı çəkilənlərin hamısı erməni lobbisinin Azərbaycana qarşı istifadə etdiyi eyni təyinatlı alətləridir.

Belə olan halda Araiklə Əli Kərimlin məqsədlərinin eyni olduğu üzə çıxmırmı?

Anar Şahmurad