Qarabağda Rusiya sülhməramlı kontingentinin müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması davam edir.
“İki sahil” xəbər verir ki, görüntülərdən aydın olur ki, 25 avqust 2023-cü il tarixində Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır.
Üzərində Rusiya bayrağı olan zirehli texnika yanacaqdaşıyan və hərbi yük avtomobillərini müşayiət edir.
Qeyd edək ki, bundan əvvəl də Rusiya sülhməramlılarının ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınmasını müşayiət etməsini əks etdirən çoxsaylı görüntü yayılıb.
20 Sentyabr Azərbaycanın müasir tarixində dövlətçilik, ərazi bütövlüyü və suverenlik anlayışlarının vəhdətini ifadə edir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir
Prezident İlham Əliyev: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu