Aşıq Ələsgərin abidəsinin bürüncdən tökülməsi prosesi başa çatmaq üzrədir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Rəssamlar İttifaqının (ARİ) nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov məlumat verib.
Onun sözlərinə görə, 10 gün içərisində abidənin hissələrinin metaldan (bürüncdən, – N.P.) tökülməsi prosesi yekunlaşacaq: “Bundan sonra isə həmin hissələrin yığılması həyata keçiriləcək. Bu prosesi isə biz, təxminən, sentyabrın sonuna qədər yekunlaşdırmağı planlaşdırmışıq”.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçirilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub. Abidənin memarı Malik Babayevdir.
Abidənin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılması nəzərdə tutulur.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?