Nə qədər qəribə səslənsə də brend adının seçilməsi onun potensial uğurunun çox vacib hissəsidir . Buna görə də tanınmış şirkətlərin təsisçiləri çox vaxt bu məsələyə yaradıcılıqla yanaşırlar. Bəs görəsən dünya brendlərinin adları necə yaranıb?
“Ikea”
Çox vaxt hər hansı bir şirkətin təsisçiləri onlara ad qoyduqda öz adlarından və ya soyadlarından istifadə edirlər. Belə ki, dünyaca məşhur mebel brendinin rəhbəri İnqvar Kampard da məhz bu cür edib. “ Ikea”brendinin adının ilk iki hərfi həqiqətən onun baş hərfləri I.K.-ı təmsil edir, lakin son iki hərf başqa iki sözün - “Elmtaryd” və “Agunnaryd”ın ilk hərfləridir. Onlar Kampardın ailə təsəruffatı və boya-başa çatdığı doğma kəndinin baş hərifləridir.
“Oracle”
“Oracle” “Microsoft”dan sonra dünyanın ən böyük ikinci proqram təminatı şirkətidir.
“Oracle” şirkətinin təsisçiləri Larri Ellison və Bob Oates öz şirkətlərini əvvəlcə “Software Development Laboratories” ( qısa adı “SDL”) adlanırdı. Daha sonra onlar unikal məlumat bazasına daha əyləncəli ad qoymaq fikrinə gəldilər və nəhayət şirkətlərini çox üstün qabiliyyətlərə malik olan mifik personaj olan “Oracle”ın şərəfinə adlandırdılar.
“Pepsi”
Çox maraqlıdır ki, əfsanəvi “Pepsi” şirkətinin adı ingilis dilində həzm mənasını daşıyan “dispepsi” sözündən meydana gəlib. Şirkətin sahibi Caleb Davis Bradhamın bu adı seçməsinə səbəb məhsulunun həzmə yaxşı təsir göstərən içki kimi təqdim edilməsi idi. Bu ad şirkətə uğur gətirərək onun üçün çox gözəl bir reklam oldu.
“WD-40”
Hazırda “WD-40” motoristlər arasında ən məşhur maddələrdən biridir. Ancaq ixtiraçının əzmkarlığı olmasaydı, bu baş verməzdi. Nə az, nə çox 39 uğursuz cəhtdən sonra yaranan bu maddədin adı məhz “Water Displacement” tərcümədə “ su keçirən” adlı söz birləşməsinin baş hərflərindən yaranıb.
“Reebok”
Bu gün ən məşhur idman ayaqqabısı istehsalçısı olan “Reebok” şirkətinin adı isə Afrikada yaşayan “ Rebok” antilopların adından yaranıb. Qəribə səslənsə də, məhz bu heyvan şirkət yaratmaq qərarına gələn adi ayaqqabı ustası üçün ilham mənbəyi oldu.
“Sony”
1946-cı ildə müharibədən sonra yaranan və Yaponiyanın ən məşhur şirkətlərindən biri olan “ Sony” əvvəlcə “toke çusin kore kabusuki-qaysya” adlanırdı. Tərcümədə “Tokio telekommunikasiya-sənaye şirkəti” deməkdir. Daha sonra, şirkət adını dəyişərək daha lakonik “Sony” edib.
“Nissan”
1933-ci ilin dekabrında yaradılan “Nissan” şirkəti əvvəllər “Nixon Sanqyo” adını daşıyırdı. (yəni tərcümədə “Yaponiyanın sənayesi” deməkdir) Şirkət əvvəldən dünya bazarına çıxmağı qarşısına məqsəd kimi qoymuşdu, məhz buna görə daha uyğun bir adın axtarışına çıxır. Nəhayət, artıq 1934-ci ildə şirkət adını dəyişərək “ Nissan” qoyur və bu günə qədər də dəyişməz qalır.
“Google”
Şirkətin qurucusu Lari Peyc tələbə yoldaşları ilə şirkətinə ad axtarıb, müzakirələr aparırdı. Müzakirələrin sonunda ən bəyəniləni “googolplex” olub. Lakin bir tələbə bunu yanlış tələffüz edərək “Google” deməsi Peycin xoşuna gəlib və şirkətin adı elə də qalıb.
“LEGO”
Bir çoxları hesab edir ki, məşhur “ LEGO” şirkətinin adı latın sözü olan “bir yerə toplayıram” mənasını verir. Lakin bu heç də belə deyil”. Əslində “LEGO”adı Danimarka dilindən götürülüb. Daha dəqiq desək, “Leg Godt” cümləsindən yaranıb. Bu da “yaxşı oynamaq” deməkdir.
“Starbucks”
Dünyaca məşhur “Starbucks” ilk olaraq kiçik bir mağazada fəaliyyətə başlayıb. “Starbucks”ın qurucusu Qordon Bovker işləri böyüdükcə dükanına ad fikirləşməyə başlayır. Mükəmməl bir ad olmasını istəyən Qordon nədənsə məhz“st” ilə başlayan adlar düşünürdü. Bir yaxın dostunun ona təklif etdiyi “Starbo” adından sonra o, mağazanın adını “Starbucks” qoyur.
“Lays”
1932-ci ildə German Ley tərəfindən açılıb. Əvvəlcə bu çipslərin adı “Lays Potato Chips” adlansa da, daha sonra 1944-ci ildə German o, bu adı dəyişdirərək öz soy adına bənzədərək qısaca “Lays” qoyub. Bundan sonra bu çipslər, sanki daha çox uğur qazanır.
“Adidas”
“Adidas” markasının qurucusu olan Adolf Dassler Birinci Dünya müharibəsindən sonra idman ayaqqabıları ixtira etməyə başlayan şirkətin adını elə öz adı ilə əlaqələndirib. Adolfu uşaq vaxtı Adi ləqəbi ilə çağırırmışlar. Adolf da ləqəbi ilə soyadını birləşdirərək şirkətinə “Adidas” adını verib.
“NİKE”
Hazırda dünyanın aparıcı klublarına, idmançılarına sponsorluq edən və ən çox arzulanan geyimlər sırasında dayanan “ NİKE” şirkətinin adı “qələbə” sözündən götürülüb. Belə ki, “Nike” yunan mifologiyasında qələbə tanrısının adıdır.
“ZARA”
Hər kəs tərəfindən sevilən “ZARA” brendinin qurucusu ispaniyalı iş adamı Amankio Orteqadır. Sən demə, iş adamı Amankio Orteqa ilk olaraq mağazasına 1964-cü ildə çəkilən məşhur “Zorba” filminin adını qoymuşdu. Lakin o zamanlar mağazanın yerləşdiyi küçədə “Zorba” adında bir bar da fəaliyyət göstərirdi. Həmin barın sahibi Orteqadan mağazanın adını dəyişməsini istədikdən sonra buna məcbur qalan iş adamı bir müddət sonra dükanın adını dəyişərək “Zorba” sözünə uyğun olaraq mağazasının adını “ZARA” qoyur.
“Snickers”
“Snickers” batonu ilk dəfə 1923-cü ildə ABŞ-da konditer Frenk Mars tərəfindən hazırlanmışdır. Ancaq kütləvi istehsal yalnız 1930-cu ildə başlamışdır. Batonun adı “Mars Incorporated “ şirkətinin banisi olan Mars ailəsinin atının adından götürülmüşdür.
“Mcdonalds”
“Mcdonalds” ilk dəfə 1940-cı ildə Dick və Mac McDonald qardaşları tərəfindən Kaliforniya ştatının San Bernardino şəhərində fəaliyyətə başlayıb. Onlar çox düşünmədən ölkədəki ilk real fast food restoranının adını öz soyadlarının şərəfinə adlandırıblar. Hər kəs tərəfindən sevilən bu fast food restoranı qısa zamanda yüksək gəlir əldə etməyə başlayaraq dünya brendinə çevrilir.
“Coca-cola”
Əfsanəvi içki amerikalı farmasept Con Pemberton tərəfindən 1886-cı ildə icad olunub. Rəsmi məlumatlara görə, o kokinin yapraqlarını və kola qozlarını bir-biri ilə qarışdıraraq bu içkini hazırlayıb. İçkinin adını isə Pembertonun mühasibi Frenk Robinson fikirləşib.
“Rolex”
Dünyaca məşhur saat markası “Rolex”in qurucusu Hans Vilsdorfdur. O, uzun müddət ərzində öz brendinə bütün dillərdə rahatca tələffüz edilən bir ad axtarışında idi. Nəhayət bir gün istirahət zamanı at belində gəzərkən ağlına gələn “Rolex”adı onun çox xoşuna gəlir və şirkətinin adını məhz bu cür adlandırır.
“Amazon”
ABŞ-ın ən böyük onlayn alış-veriş saytı olan “Amazon”un qurucusu Ceff Bezos öncə şirkətinə “Cadabra” adını qoymaq istəyibmiş. Nədənsə sonra fikrini dəyişən Bezos onu “ Amazon”adlandırıb.
“GAP”
Çox maraqlıdır ki, əsasən yeniyetmələr üçün nəzərdə tutulan “GAP”mağazalar şəbəkəsinin adının mənası “boşluq” deməkdir.
Samirə Tağıyeva, “İki sahil”