"Azərbaycana səfərlərimiz zamanı ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın bizə göstərdiyi yüksək qonaqpərvərliyi heç zaman unutmayacağıq".
“İki sahil” xəbər verir ki, bunu "Report"un Fransa bürosuna bu ölkə parlamentinin üzvü, deputat Andre Vilye (Andre Villiers) deyib.
O, Mehriban Əliyevanın Azərbaycan dövlətinin, xalqının rifahı və inkişafı naminə yorulmadan çalışdığını vurğulayıb.
Fransalı deputat bildirib ki, Azərbaycanın birinci xanımı fəaliyyətində humanizm və bəşəri dəyərləri rəhbər tutmaqla xalqının sevimlisinə çevrilib.
A.Vilye Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib: "Birinci xanıma ad günü münasibətilə ən xoş arzularımı çatdırıram və dostluğumuza bundan sonra da sadiq qalacağıma əmin edirəm".
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir
Prezident İlham Əliyev: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu