Növbəti həftə (28, 30, 31 avqust və 01 sentyabr tarixləri) saat 11:00-dan 12:00-dək daha 1 şəhər və 3 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.
“İki sahil” "Azəriqaz" İB-nin yaydığı məlumata istinadən xəbər verir ki, aksiya həftənin 1-ci günü Cəlilabad rayonunda (Cəlilabad şəhəri, Əhməd Məmmədov küçəsi), 3-cü günü Lənkəran şəhərində (Şiləvar kəndi, şəhid Mübariz Həsənov adına orta məktəbin qarşısı), 4-cü günü Yardımlı rayonunda (Ostayr kəndi, şəhid Mahir İmanov adına orta məktəbin qarşısı), 5-ci günü isə Lerik rayonunda (Qələbin kəndi, orta məktəbin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib