SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi (İB) Masallıda sahibkarların müraciətlərini dinləyib.
“İki sahil” xəbər verir ki, "Açıq mikrofon" aksiyası zamanı sahibkarlar müraciətlərini səsləndiriblər. Çörək istehsalı ilə məşğul olan sahibkarlıq subyekti Cavad Əhmədov faktiki fəaliyyət növü nəzərə alınaraq hal-hazırda ödəniş etdiyi kommersiya tarifindən istehsal tarifinə keçirilməsini xahiş edib. Kərpic zavodunun nümayəndəsi Rahim Sədullayev qış aylarında bəzi hallarda qaz təzyiqinin aşağı olduğunu, lakin müraciət etdikdən sonra bu problemlə üzləşmədiklərini bildirib.
Sahibkarlarla yanaşı, sakinlər də "Açıq mikrofon"un imkanlarından yararlanıblar. Görüş zamanı səsləndirilən hər bir müraciət qeydə alınıb və sakinlərə lazımi izahatlar verilib.
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib