Biz öz məramımız barədə Rusiya sülhməramlılarının komandirinə bildirdik ki, Azərbaycan Qızıl Aypara cəmiyyətini təmsil edirik.
“İki sahil” xəbər verir ki, bunu Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
"Onlar da öz rəhbərliklərinə məruzə etdilər. Olan cavabı bizimlə bölüşəcəklər", - o qeyd edib.
***
Humanitar yardımı aparan karvan artıq Ağdam-Xankəndi yoluna çatıb.
Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri yükün keçirilməsi ilə bağlı rus sülhməramlılarla danışıqlar aparır. Hazırda yükü aparan TIR-lar gözləmədədir.
Hikmət Hacıyev: Qafqaz Albaniyasının zəngin irsi Qarabağda öz izlərini qoruyub saxlayır