Quba Rayon İcra Hakimiyyətinin yeni başçısı İlqar Mahmudov kollektivə təqdim olunub.
“İki sahil” xəbər verir ki, onu kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri də iştirak edib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. İ.Mahmudov ona göstərilən etimada görə minnətdarlıq edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 31-də imzaladığı sərəncamla İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Hikmət Hacıyev: Qafqaz Albaniyasının zəngin irsi Qarabağda öz izlərini qoruyub saxlayır