01 sentyabr 2023 17:09
185

Metyu Brayza: Silahlı insidentlər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasının əhəmiyyətini göstərir

“Silahlı insidentlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının əhəmiyyətini göstərir”.

“İki sahil” xəbər verir ki, bunu açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və iki ölkə liderləri razılaşaraq sülh sazişi imzalanana qədər belə insidentlərin davam edəcəyini gözləmək olar”, - o vurğulayıb.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Ermənistan ordusunun bölmələri Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, minaatanlardan, artilleriya qurğularından və PUA-lardan atəşə tutub. Nəticədə 3 hərbçimiz yaralanıb.