07 sentyabr 2023 18:26
319

Ağsuda qəza olub, sürücü ölüb

Ağsuda avtomobil qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində 1998-ci il təvəllüdlü Quliyev Nural Elşad oğlu ağır bədən xəsarətləri alıb, sürücü 1990-ci il təvəllüdlü Məmmədov Akif Məhərrəm oğlu isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.