Vətəndaş qəbulunun optimallaşdırılması məqsədilə SOCAR-ın Baş ofisində müasir standartlara uyğun vətəndaşların qəbul məkanı yaradılıb.
“İki sahil” xəbər verir ki, SOCAR bununla bağlı rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
Qəbul məkanında sənədlərin və vətəndaşların qeydiyyat otağı, aparat əməkdaşları tərəfindən vətəndaşların qəbul otağı, müvafiq vəzifəli şəxslərlə video qəbul otağı, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul otağı yer alıb.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb