Bu gün Bakıda İkinci Dünya müharibəsi zamanı yəhudiləri nasistlərdən gizlədən polşalı ailədən bəhs edən “Bir cinayət hekayəsi” adlı Polşa sənədli filminin nümayişi olub.
“İki sahil”in məlumatına görə, tədbir Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə səfir Rafal Poborskinin iştirakı ilə keçirilib.
Film polşalı Ulma ailəsinin İkinci Dünya Müharibəsi zamanı yəhudiləri necə gizlətməsi və bunun əvəzini öz canları ilə ödəməsindən bəhs edir. 1944-cü ildə səkkiz yəhudini öz evlərində gizlədərək xilas etməyə çalışdıqları üçün ailə uşaqları ilə birlikdə güllələnib. Onların evində tapılan yəhudilər də nasistlər tərəfindən öldürülüb.
"Bu gün biz buraya Polşa cəmiyyətinin ürək ağrıdan tarixindən bəhs edən filmə baxmaq üçün toplaşmışıq. İkinci Dünya müharibəsindən əvvəl yəhudilər Polşada sülh şəraitində yaşayırdılar, lakin bu sülh faşistlərin ölkəyə hücumu ilə məhv edildi", - səfir tədbirin açılışında bildirib.
Onun sözlərinə görə, nasist rejiminin təhdidlərinə baxmayaraq, yerli əhali yəhudilərə kömək etməkdə davam edir, onları sığınacaq, yemək və zəruri əşyalarla təmin edirdi:
"Bu film çox ağır bir hekayədən bəhs edir və bəşəriyyətə humanizmlə bağlı ümid, inam verir".
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?