Rusiyanın paytaxtı Moskvada Azərbaycan neftçiləri gününə həsr edilən "Neft Buruğu” art-obyektinin açılışı olub.
"SOCAR-RUS" tərəfindən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki "Azərbaycan" pavilyonunda qoyulan art-obyektin açılışı Moskva gününə həsr olunan tədbir çərçivəsində baş tutub.
Pavilyonun direktoru Səadət Kadırova "Neft Buruğu" art-obyektinin pavilyonun qonaqlarının heyranlığına səbəb olduğunu deyib.
"Azərbaycanın əsas sərvətlərindən biri neftdir. Biz bu sənət obyektini 20 sentyabrda qeyd olunan Azərbaycan Neftçiləri Günü ərəfəsində Moskva sakinləri və qonaqlarına təqdim etməkdən çox məmnunuq”.
Bayram tədbiri çərçivəsində ziyarətçilərə Azərbaycan xalq rəqsləri, “Məhəndi” ənənəvi xına rəsmləri üzrə ustad dərsləri, milli rəqslər üzrə təlimlər, pavilyonla bağlı tematik ekskursiyalar, Azərbaycan pavilyonunun və tərəfdaşlarının hədiyyəli viktorinaları təqdim olunub.
Həmçinin mini yarmarkada qonaqlara kəklikotu, hil və mixəkli ənənəvi Azərbaycan çayı təqdim edilib.
"Report"
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib