Heydər Əliyev Mərkəzində tezliklə “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılacaq.
“İki sahil” xəbər verir ki, sərgidəki eksponatlar vasitəsi ilə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin yaratdığı Ağqoyunlu dövlətinin xırda bəylikdən böyük imperiyaya qədər keçdiyi yolu, Azərbaycan dövlətçiliyi tarixindəki xüsusi yerini izləmək mümkün olacaq.
Ziyarətçilər bir çox nadir eksponatlar, o cümlədən İstanbuldakı Harbiye Hərb Muzeyində (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələrlə tanışlıq imkanı qazanacaqlar.
Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423-1478) anadan olmasının 600-cü ildönümüdür.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?