Təəssüf ki, bir sıra açıq məsələlərimiz hələ də qalmaqdadır. Onların sırasında vizaların alınması, nəqliyyat sektorunda qeyri-peşəkar şəxslərin fəaliyyət göstərməsi və bir çox istiqamətə aviabiletlərin baha olması bu qəbildəndir.
“İki sahil” xəbər verir ki, bunu Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyasının illik fəaliyyətinin yekunlarına dair konfransda deyib.
O bildirib ki, gələcəkdə bu məsələlərin həllində də müsbət irəliləyişlərin şahidi olacağıq:
"Assosiasiya olaraq çalışacağıq ki, qarşıdakı illərdə yeni istiqamətlərə reyslərin açılmasına, hotel və hava yolları ilə əməkdaşlığın artırılmasına və beynəlxalq şirkətlərlə işbirliyinin gücləndirilməsinə nail olaq".
Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yollarının bu günə planlaşdırılan 4 reysi ləğv edilib
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub