"Bakı Metropoliteni" baş verə biləcək hər hansı enerji böhranına daim hazırdır.
“İki sahil” xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, dünən Bakı metrosunun “Bənövşəyi xətti”ndə alternativ enerji mənbəyi kimi dizel generatorların işi təkrar yoxlanılıb: “Hər hansı böhran vəziyyəti üçün daim hazır vəziyyətdə saxlanılır".
B. Məmmədov qeyd edib ki, hazırda Bakı metrosunda 21 dizel generator var: "Onların bir qismi şəhərin enerji sektorunun yarımstansiyalarında, “Bənövşəyi xətt” üzrə isə Bakı metrosunun elektrik yarımstansiyasında olmaqla quraşdırılıb və müntəzəm olaraq sınaqları həyata keçirilir. Bakı metrosu baş verə biləcək hər hansı enerji böhranına daim hazırdır".
Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yollarının bu günə planlaşdırılan 4 reysi ləğv edilib
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub