Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Şəkidə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə “İki sahil”ə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, vətəndaş qəbulu sentyabrın 20-də, saat 09:00-da Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək. Nazir qeyd olunan tarixdə Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-737-75-05) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yollarının bu günə planlaşdırılan 4 reysi ləğv edilib
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub