SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyi həftənin ilk «Açıq mikrofon» aksiyasını Ucar rayonunun Şahlıq kəndində keçirib. Sakinlər « Səyyar qəbul « otağının imkanlarından istifadə edərək öz müraciətlərini Ağsu Regional Qaz İsmtsmar İdarəsinin (RQİİ) rəhbərliyinə ünvanlayıblar. Ağsu RQİİ-nin rəisi Vəli Sadıqov aksiyada səslənən sualları cavablandıraraq ünvanlanan təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini və həlli istiqamətində işlər görüləcəyini bildirib.
Qeyd edək ki, bu kimi vətəndaş qəbullarının keçirilməsi «Azəriqaz» İstehsalat Birliyi rəhbərliyinin göstəriş və tapşırıqlarına uyğun aparılır. Məqsəd əhalinini qazla bağlı problemlərinin həllini sürətləndirməklə vətəndaş məmnuiyyəti qazanmaqdır.
Elçin Zaman, «İki sahil»
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib