Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Express" MMC tərəfindən ölkəmiz ərazisi ilə 141 958 ton Qazaxıstan mənşəli maye qaz nəql edib.
"İki sahil”in "ADY Express" MMC-ə istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 70,7% çoxdur.
Qeyd olunan yük Xəzər dənizinin şimal hissəsindən, Rusiya ərazisindən keçərək Azərbaycana, daha sonra Gürcüstana və daha sonra üçüncü ölkəyə nəql edilir.
Hazırda ölkəmizdə keçən tranzit yüklərin arasında Qazaxıstan mənşəli məhsullar liderlik edir. Qazaxıstandan digər növ yüklərlə yanaşı ən çox maye qazın tranzit rejimdə nəqlində artım əldə edilib.
Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yollarının bu günə planlaşdırılan 4 reysi ləğv edilib
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub