İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları iyulunda iyun ayı ilə müqayisədə 7,9 mln. barel azalıb.
“İki sahil” xəbər verir ki, OECD ölkələrində neftin kommersiya ehtiyatları iyul ayının yekunlarına görə 2,779 mlrd. təşkil edib, bu da öncəki göstəricidən 57 mln. barel çox, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 138 mln. barel azdır.
Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.
Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yollarının bu günə planlaşdırılan 4 reysi ləğv edilib
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub