Beynəlxalq Multikulturalizm Mərkəzində ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad İlyasovun “Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi: Şirvanlı, Naxçıvanlı, Qarabağlı alimlər və mütəfəkkirlər” kitabının təqdimatı keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edənlər bildirib ki, kitab öz sahəsində aktual məzmun və mahiyyət daşıyır.
Qeyd edilib ki, kitabda elm tarixində çox az bilinən və araşdırılan şirvanlı, naxçıvanlı, qarabağlı alim və mütəfəkkirlər haqqında ciddi məlumatlar yer alıb. Sözügedən alimlərin əlyazmaları haqqında məlumatlar və onların elmi fəaliyyətləri kitabda geniş formada işıqlandırılıb. Kitabın gələcək tədqiqatlar üçün ciddi mənbə olacağı vurğulanıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?