Sentyabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Daren Tanq ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə XİN məlumat yayıvb. Görüşdə Azərbaycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında mövcud tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu istiqamətdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan ardıcıl islahatlar, beynəlxalq reytinq göstəricilərində ölkəmizin nəzərə çarpan irəliləyişləri haqqında qarşi tərəfə məlumat verib.
İqtisadiyyatın davamlı inkişafının, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasının və insan kapitalına investisiyaların qoyuluşunun başlıca strateji məqsədlərdən biri kimi müəyyənləşdirildiyi vurğulanıb.
Görüş zamanı, Azərbaycanla Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın gələcək perspektivləri, təhsil və əqli mülkiyyət sahəsində təhsil və təlim proqramları ətraflı müzakirə edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Auditin inkişafına həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
Prezident İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib - SƏRƏNCAM
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair paylaşım edilib - VİDEO
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz