“Biz dözümsüzlük və ayrı-seçkiliyin artması tendensiyası, islamofobiya və nifrətin qızışdırılmasının qorxulu təzahüründən narahatıq”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan insan hüquqlarının fundamental prinsiplərini qorumağa tam sadiqdir.
XİN rəsmisi vurğulayıb ki, tolerantlığın və ayrı-seçkiliyin qarşısının alınması insanların hüquqlarının müdafiəsinin təmin edilməsində olduqca vacibdir: “Bunlar davamlı cəmiyyətin qurulmasında mühüm elementlərdir. Biz hesab edirik ki, insan hüquqlarının tam şəkildə həyata keçirilməsi davamlı sülh, inkişaf və bütün insanların rifahı üçün vacibdir”.
C.Bayramov Qurani-Kərimin yandırılması məsələsinə də diqqət çəkib: “Dünyanın bəzi yerlərində Qurani-Kərimin yandırılması və təhqir olunması yolverilməzdir”.
Prezident İlham Əliyev Auditin inkişafına həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
Prezident İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib - SƏRƏNCAM
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair paylaşım edilib - VİDEO
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz