“Ermənistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yüz minlərlə mina yerləşdirib və həmin minalar günahsız insanların həyatına son qoymağa davam edir. Bundan başqa, ərazilərdə aparılan yenidənqurma və bərpa işlərini çətinləşdirir, azərbaycanlıların yurdlarına qayıtma hüquqlarına mane olur. Ermənistan insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında çıxışı zamanı deyib.
O vurğulayıb ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdan bəri 306 nəfər mina qurbanı olub: “Ümumilikdə isə 3 300 nəfərdən çox azərbaycanlı ötən 30 il ərzində mina qurbanı olub”.
XİN başçısı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyi barədə Ermənistanın məlumat verməkdən yayınmasına da diqqət çəkib: “Digər vacib məsələ təxminən 4 000 azərbaycanlının 1990-cı illərdəki müharibə zamanı itkin düşməsidir. Həmin şəxslərin taleyi haqqında məlumatları açıqlaması ilə bağlı çağırışlarımıza Ermənistan beynəlxalq hüququ heçə sayaraq məhəl qoymur. Ermənistan insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmir”.
Prezident İlham Əliyev Auditin inkişafına həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
Prezident İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib - SƏRƏNCAM
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair paylaşım edilib - VİDEO
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz