Ermənistanın ərazilərimizin işğalı nəticəsində yaratdığı qondarma rejimin 9 sentyabr tarixində “seçki” adı altında təxribatlarının erməni sakinlərin nümayəndəsi ilə dialoq səylərinə qarşı növbəti zərbədir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-də Akkreditə Olunmuş Müxbirlər Assosiasiyasında (ACANU) xarici media üçün brifinqdə deyib.
Nazir Ceyhun Bayramov, ölkəmizin konstruktiv mövqeyi və addımlarının qarşılığında Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlar törətməsinin, öhdəliklərinə zidd olaraq suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı davranış sərgiləməsinin, mina təhdidini davam etdirməsinin, əsassız iddialarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparılmasının müşahidə olunduğunu qeyd edib.
Habelə, Ermənistanın baş nazirinin qondarma rejimi 2 sentyabr tarixində təbrik etməsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların sübutu olduğu vurğulanıb.
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair paylaşım edilib - VİDEO
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır - Prezident