13 sentyabr 2023 16:49
227

Britaniya səfirliyi Ağdam-Xankəndi yolunun açılmasını alqışlayır

Ağdam-Xankəndi yolundan Qarabağdakı ermənilərə humanitar yardım aparan Rusiya Qırmızı Xaç Cəmiyyətinə məxsus yük maşının keçidini alqışlayırıq.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tvitterdə bildirib.

“Növbəti addım kimi, BQXK-nin Ağdam-Xankəndi və Laçın yolundan istifadə edərək Qarabağa humanitar yardımları çatdırmasını dəstəkləyirik”, - diplomat qeyd edib.