Qafqazda sülhün bərqərar olması üçün hər iki tərəfə diqqət yetirilməlidir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" ("Twitter") platformasında paylaşımında qeyd edib.
“Azərbaycanın bu bölgəsi - Qarabağ 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal olunub. 1990-cı illərin əvvəllərində 1 milyona yaxın azərbaycanlının öz torpaqlarında etnik təmizləməyə məruz qaldığı amansız müharibədən sonra işğalçı Ermənistan silahlı qüvvələri bu ərazinin minlərlə kvadrat metrini minalayıb. Orada, Azərbaycanda qalan etnik ermənilərin icması Ermənistanla vahid quru yolu - Laçın yolu ilə əlaqə saxlayırdı.
Qanunsuzluğun və minaların bu boz zonası üç il əvvələ qədər, Azərbaycan 44 günlük münaqişədə Qarabağ ərazisinin böyük hissəsini azad edənə qədər mövcud idi” – Hacıyev vurğulayıb.
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair paylaşım edilib - VİDEO
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır - Prezident